Vaşinqton bir sıra ölkələrlə birgə Qəzza zolağının müharibədən sonra bərpasında iştirak etməyi planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu proses Yaxın Şərqdə sabitliyin təmin olunması istiqamətində mühüm addım olacaq. Onun sözlərinə görə, ABŞ Qəzzanın bərpası və bölgədə sülhün bərqərar olması üçün “sülh şurası” yaratmağı nəzərdə tutur.
“Yaxın Şərq ölkələri dağıdılmış ərazilərin bərpası üçün əməkdaşlığa hazırdır və kifayət qədər resurslara malikdir. Onların çox zəngin ölkələri var və bu sərvətin kiçik bir hissəsi belə Qəzzada böyük işlər görməyə imkan verə bilər. Biz də bu prosesin bir hissəsi olacağıq”, – Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti tərəflərin münaqişənin həlli planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlamışdı. Razılaşmaya əsasən, Həmas girovları azad edəcək, İsrail isə qoşunlarını Qəzzadan mərhələli şəkildə geri çəkəcək.
Gundelik.az

