Gundelik.az Dünya Misir Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcək liderlərin siyahısını açıqladı
Dünya Siyasət Xəbərlər

Misir Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcək liderlərin siyahısını açıqladı

Misir hakimiyyəti sabah keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcək dövlət və hökumət başçılarının adlarını açıqlayıb.

Gundelik.az-ın MENA agentliyinə istinadən əlumatına görə, sammitə 20-dən çox ölkənin liderləri qatılacaq. Tədbirə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Tramp həmsədrliy edəcək.

Zirvədə iştirak edəcək dövlət və hökumət başçıları bunlardır:

  • Misir Prezidenti Əbdülfəttah əs-Sisi

  • ABŞ Prezidenti Donald Tramp

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • İordaniya kralı II Abdullah

  • Qatar əmiri Şeyx Təmim bin Həməd Al Tani

  • Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə

  • Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas

  • İndoneziya Prezidenti Prabowo Subianto

  • Azərbaycan Prezidenti İlham Əliyev

  • Fransa prezidenti Emmanuel Makron

  • Kipr Rum Administrasiyasının rəhbəri Nikos Xristodulides.

Sammitdə Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin baş nazirləri səviyyəsində təmsil olunacağı gözlənilir.

Bundan əlavə, Oman xarici işlər naziri Bədr əl-Busaidi, BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antonio Kosta, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvai də sammitdə iştirak edəcək.

Qəzza zolağında atəşkəs razılaşması

ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlar zamanı İsrailin HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini qəbul etdiyini bildirib. Müqavilə Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqindən sonra oktyabrın 10-da səhər saatlarında qüvvəyə minib.

Rəsmi məlumata görə, 2023-cü il oktyabrın 8-dən atəşkəs razılaşmasına qədər Qəzza zolağında həyata keçirilən hücumlar nəticəsində 67 min 682 nəfər həlak olub, 170 min 33 nəfər isə yaralanıb.

Sammitdə əsas müzakirə mövzuları Qəzza zolağında atəşkəsin möhkəmləndirilməsi və məhbus mübadiləsi razılaşmasının icrası olacaq.

Gundelik.az

Exit mobile version