Gundelik.az Dünya İsrailin Livana hava zərbələri nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Dünya Xəbərlər

İsrailin Livana hava zərbələri nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb

İsrail ordusu növbəti dəfə atəşkəsi pozaraq Livanın cənub və şərq bölgələrinə hava zərbələri endirib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 1 nəfər həlak olub, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail hərbi təyyarələri cənubda Nəbatiyyə, Səidə, Mərcayun və Bint Cubeyl, şərqdə isə Bekaa bölgəsində yerləşən Baalbek şəhərlərini hədəfə alıb. Şiddətli bombardman zamanı Baalbekdə 1 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilir.

Məlumata əsasən, İsrail ordusu ötən axşam saatlarında Livanın cənub və şərq bölgələrinə 10-dan çox hava hücumu həyata keçirib.

Livan Prezidenti general Cozef Aun İsrailin müxtəlif bölgələrə endirdiyi hücumları qınayıb. O bildirib ki, bu hücumlar istehsal infrastrukturunu məhv etmək, ölkə iqtisadiyyatının bərpasına mane olmaq və milli sabitliyi pozmaq məqsədi daşıyan sistemli siyasətin bir hissəsidir.

Gundelik.az 

Exit mobile version