ABŞ və İsrail hökumətləri Donald Trampın təklif etdiyi Qəzza sülh planı ilə bağlı razılaşmaya çox yaxındır.
Gundelik.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid “X” hesabında yazıb.
Bununla belə, o qeyd edib ki, hazırda HƏMAS hərəkatı öz razılığını verməyib.
“Yüksək rütbəli amerikalı məmur bildirib ki, xüsusi elçi Uitkoff və Kuşner arasında Netanyahu ilə danışıqlardan sonra ABŞ və İsrail Trampın Qəzzada müharibəni bitirmək planı ilə bağlı razılığa gəlməyə çox yaxındır. Rəsmi əlavə edib ki, hələ də Həmas-ın razılığı tələb olunur”, – B. Ravid vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə Qəzza razılaşmasının detallarının razılaşdırılacağını gözlədiyini bildirib.
Daha əvvəl bildirilmişdi ki, Netanyahu Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra HƏMAS üzvlərinə amnistiya elan oluna biləcəyini istisna etməyib.
Gundelik.az

