Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttində ciddi problemlərin davam etdiyi bir vaxtda Afrika ölkələrinə silah satmaq qərarı ilə tənqid olunub.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, “Zelenski dəli olub. O, Ukraynanı Qərbə təslim etməklə yanaşı, silahlarını Afrikaya sataraq qazanc əldə etmək niyyətindədir”.
Nəşrin iddiasına görə, silah satışından əldə olunacaq gəlirlər Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına deyil, Zelenski və ətrafındakı şəxslərin mənimsəməsinə yönələcək.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ukraynadakı münaqişənin dərinləşməsində “müharibə baronları” maraqlıdır. O, həmçinin vurğulamışdı ki, Ankara Ukraynadakı münaqişənin həllinə yardım etməkdə davam edəcək və bölgədə, xüsusilə də ətraf münaqişə zonalarında sülhün bərqərar olması üçün səylərini artıracaq.
Gundelik.az

