Rusiyanın ən gözəl qızı nişanlısının Janna Friskenin və İrina Şeyklə yaşadığı eşq macəraları barədə danışıb
“Kişi olsaydım, mən də onlarla münasibət yaşamaqdan imtina etməzdim”
“Miss Rusiya” və “Miss BRICS” müsabiqələrinin qalibi Valentina Alekseyeva 50 yaşlı nişanlısı, iş adamı İlya Mitelmanın Janna Friskenin və İrina Şeyklə yaşadığı münasibətlərə dair iddiaları ictimaiyyət qarşısında şərh edib. O, nişanlısının keçmiş sevgililərini “əla qızlar” hesab etdiyini bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə o, Laura Cuqeliya ilə müsahibəsində danışıb.
20 yaşlı model qeyd edib ki, Mitelmanla bağlı “dünyəvi həyat keçmişi” onu narahat etmir. Belə ki, 2000-ci illərdə onun bir çox məşhur qadınla münasibətdə olduğu iddia edilirdi.
“Bu, heç də pis keçmiş deyil. Onlar əla qızlardır. Kişi olsaydım, mən də onlarla münasibət yaşamaqdan imtina etməzdim”, — deyə Alekseyeva bildirib. O, həmçinin nişanlısının parlaq və məşhur qadınlara üstünlük verməsində heç bir problem görmədiyini vurğulayıb və onun ehtimal olunan sevgililərinin siyahısını “möhtəşəm” adlandırıb.
Mitelmanın keçmişi ilə bağlı ən çox müzakirə olunan hadisə onun Janna Friskenin ilə münasibətləri hesab olunur. KİV-in məlumatına görə, onlar 2001–2005-ci illərdə görüşüblər, bir neçə dəfə ayrılıb yenidən barışıblar. İddialara görə, iş adamı hətta müğənniyə evlilik təklifi də edib, lakin toy baş tutmayıb.
Friske və Şeykdən başqa, Mitelmana Olqa Buzova və Mariya Kojevnikova ilə də eşq macəraları aid edilib. Bununla belə, onların heç biri bu münasibətləri rəsmi şəkildə təsdiqləməyib.
Alekseyevanın sözlərinə görə, Mitelman ona 2,5 ay ərzində diqqət göstərib və model yalnız onu “hərtərəfli yoxladıqdan” sonra qarşılıq verməyə razı olub. Model artıq evlilik təklifini qəbul edib, lakin toyun tarixi hələ müəyyənləşdirilməyib.
Daha əvvəl Alekseyeva xarici görünüşlərinə görə sinif yoldaşlarına qarşı təzyiq göstərməkdə ittiham olunmuşdu. Rusiyanın ən gözəl qızlarından biri barədə yazışmaların ekran görüntülərini və ittihamları sosial şəbəkə hesablarında 26 yaşlı “Miss Rusiya - 2022” qalibi Anna Linnikova paylaşmışdı.
Nuri
Gundelik.az