Zelenskini razı salmaq üçün ŞOK TƏKLİF: Ona toxunulmazlıq vəd edilməlidir

Zelenskini razı salmaq üçün ŞOK TƏKLİF: Ona toxunulmazlıq vəd edilməlidir

Ona toxunulmazlıq təklif edilir

Ukraynalı politoloq Ruslan Bortnik özünün "YouTube" kanalında yayımlanan proqramda Ukrayna Prezidenti Volodimir Zelenskini daha kompromisli mövqeyə gətirmək üçün maraqlı təklif irəli sürüb.

Gundelik.az vt.co-ya istinadən xəbər verir ki, ekspert Ukrayna hakimiyyətinə toxunulmazlıq zəmanətlərinin verilməsini sülh danışıqlarında daha çevik mövqe nümayiş etdirməyin şərti kimi təklif edib.

Onun fikrincə, belə bir addım kompromisə nail olunmasına və münaqişənin başa çatmasına kömək edə bilər.

Bortnikin sözlərinə görə, Ukraynanı sülhə aparacaq siyasi elitalara bütün əsas beynəlxalq aktorlar – ABŞ, Avropa ölkələri, Rusiya və Çin tərəfindən eyni vaxtda şəxsi təhlükəsizlik zəmanətləri verilməlidir.

Mütəxəssis dəqiqləşdirib ki, söhbət ömürlük məsuliyyətdən azad edilməkdən deyil, korrupsiya və digər cinayət işləri üzrə təqiblərdən müvəqqəti toxunulmazlıq təmin edilməsindən gedir.

Xatırladaq ki, bundan əvvəl Volodimir Zelenskinin Avropa İttifaqının dəstəyini qazanmaq məqsədilə Ukraynada seçkilərin keçirilməsini altı ay təxirə salmaq istədiyi barədə məlumat yayılmışdı. Bu qənaətə kiprli jurnalist Aleks Xristoforu gəlib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.