"Binance"da fövqəladə vəziyyət: Bütün əməliyyatlar müvəqqəti dayandırıldı!

"Binance"da fövqəladə vəziyyət: Bütün əməliyyatlar müvəqqəti dayandırıldı!

3,5 milyard dollarlıq haker hücumu!

Kriptovalyuta birjası "Binance" vəsaitlərin hesaba yatırılması və çıxarılması üzrə bütün əməliyyatları müvəqqəti dayandırıb.

Gundelik.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında, X platformasında yayımlanan rəsmi açıqlamada bildirilib.

““Binance” bütün itkiləri kompensasiya edəcək. Ehtiyat tədbiri olaraq, komandamız təhlükəsizlik yoxlamalarını aparana, vəsaitləri dondurana və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edənə qədər bütün depozit və vəsait çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb”, – deyə açıqlamada qeyd olunub.

Birja araşdırmanın nəticələri ilə bağlı hesabatın dərc ediləcəyini və istifadəçilərin üzləşdiyi problemin aradan qaldırılması üçün gecə-gündüz çalışdıqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl "Binance"in qurucusu Çanpen Çjao kriptobirjanın haker hücumuna məruz qaldığını təsdiqləyib.

Oktyabrın 30-na keçən gecə beş blokçeyn şəbəkəsi üzərindən kriptovalyuta cüzdanlarından ümumi dəyəri 3,5 milyard dolları ötən vəsait axını qeydə alınıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.