Almaniya nəşrindən Kaya Kallasa SƏRT ZƏRBƏ: “Aİ tarixinin ən böyük səhvi!”
Kaya Kallas “Avropa İttifaqı tarixinin ən böyük səhvi” adlandırıldı
Almaniyanın Berliner Zeitung qəzeti Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallası “Avropa İttifaqı tarixinin ən böyük səhvi” adlandırıb.
Gundelik.az xəbər verir ki, nəşr onu Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda real iştirak etməməkdə ittiham edib.
Qəzetin məlumatına görə, Kallas diplomatik prosesdən kənarda qaldığı bir vaxtda Finlandiya və Norveç liderləri münaqişənin başa çatdırılması yollarını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə özləri əlaqə saxlayıblar.
Berliner Zeitung Norveçin Baş naziri Yonas Qar Störenin sözlərini də sitat gətirib:
“Dörd il ərzində Avropa İttifaqının nə bir müraciəti, nə də vahid planı olub”.
Nəşrin qiymətləndirməsinə görə, Kallas nə Moskvada, nə Vaşinqtonda, nə də Pekində ciddi danışıqlar aparan şəxs kimi qəbul edilir. Onun Rusiyanın, ABŞ-nin və Ukraynanın iştirakı ilə Əbu-Dabidə keçirilməsi gözlənilən üçtərəfli danışıqlarda da iştirak edəcəyi gözlənilmir.
Xatırladaq ki, bundan əvvəl Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin hipotetik telefon zənginə cavab verəcəyini bildirmişdi. O, belə bir imkan yaranacağı təqdirdə Putinlə danışmağa hazır olduğunu da vurğulamışdı.
Nuri
Gundelik.az