26 yaşlı qadın dövlətə xəyanətdə təqsirli bilindi: Xarici kəşfiyyata məlumat ötürüb

26 yaşlı qadın dövlətə xəyanətdə təqsirli bilindi: Xarici kəşfiyyata məlumat ötürüb

Onun kuratoru ilə yazışmalar aparmaq üçün istifadə etdiyi mobil telefon müsadirə edilib

Rusiyanın Xabarovsk şəhərində 26 yaşlı yerli sakin dövlətə xəyanətdə ittiham olunaraq 12 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.

Gundelik.az xəbər verir ki, bu barədə regional prokurorluq lenta.ru nəşrinə məlumat verib.

İstintaqın məlumatına görə, məhkum 2025-ci ildə xüsusi hərbi əməliyyat çərçivəsində döyüş əməliyyatlarında iştirak edən hərbçilərin şəxsi məlumatlarını toplayaraq xarici kəşfiyyata ötürüb.

Məhkəmənin qərarı ilə onun kuratoru ilə yazışmalar aparmaq üçün istifadə etdiyi mobil telefon müsadirə edilərək dövlətin mülkiyyətinə keçirilib.

Xatırladaq ki, bundan əvvəl Perm şəhərinin sakininin xarici xüsusi xidmət orqanları üçün nəqliyyat obyektlərinin görüntülərini çəkmək ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.