Meqan Marklın atası 12 yaşlı qızları yoldan çıxarmaqda şübhəli bilinir
Lavless məktubunda keçmiş ərinin qızı və şahzadə Harri üçün təhlükə yaratdığını da xüsusi vurğulayıb
Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl Asiyada 12 yaşlı qızları yoldan çıxarmaqda şübhəli bilinir.
Gundelik.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır.
82 yaşlı Tomas Marklın ehtimal olunan cinayətləri barədə məlumat 2019-cu ildə onun keçmiş həyat yoldaşı Rozlin Lavlessin London polisinin kral ailəsinin mühafizəsi ilə məşğul olan bölməsinə göndərdiyi məktubda yer alıb. Qadın məktubda, xüsusilə, Markldan Filippinə və Asiyanın digər ölkələrinə səfərləri barədə soruşduğunu qeyd edib. Onun sözlərinə görə, Markl Filippin və Tailand səfərlərinin səbəbini orada “12 yaşlıların qanuni olması” ilə izah edib.
Lavless məktubunda keçmiş ərinin qızı və şahzadə Harri üçün təhlükə yaratdığını da xüsusi vurğulayıb. "Daily Mail" yazır ki, bu məlumat hüquq-mühafizə orqanlarına ötürülüb, lakin ehtimal olunan cinayətlərin Böyük Britaniyadan kənarda törədildiyi üçün araşdırma aparılmayıb. Bundan əlavə, məlum olub ki, Britaniya polisi məktubu itirib və sonradan onun surətini Meqan Markldan götürüb.
Tomas Marklla bağlı araşdırmalar onun oğlu Tomas Markl kiçiyin iyul ayında atasının kompüterlərində uşaqlara qarşı cinsi zorakılığı əks etdirən yüzlərlə görüntü aşkar etdiyini bildirməsindən sonra gündəmə gəlib. Şəkillər Tomas Marklın Filippindəki evində yerləşən kompüterlərdə saxlanılıb. Tomas Markl isə bütün ittihamları rədd edir.
Daha əvvəl Tomas Markl Asiya ölkələrindən olan fahişələrə maraq göstərdiyini etiraf edib. Bununla yanaşı, o, 18 yaşdan kiçik şəxslərlə heç vaxt cinsi əlaqədə olmadığını bildirib.
Aysel
Gundelik.az