ADY-dən ayrılıb yeni vəzifəyə təyin olundu - FOTO
Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin sədrinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışmış Humay Həsilli qurumdakı fəaliyyətini başa vurub.
Gundelik.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
H. Həsilli bildirib ki, ADY-də 5 ildən artıq davam edən peşəkar fəaliyyətini başa vuraraq karyerasını yeni istiqamətdə davam etdirəcək.
“ADY mənim üçün böyük bir məktəb və inkişaf mərhələsi oldu. Analitik kimi başladığım bu yolda böyük layihələrdə iştirak etmək, idarəetmə proseslərini və strateji qərarverməni yaxından tanımaq, həmçinin kommunikasiya və əməkdaşlıq bacarıqlarımı inkişaf etdirmək imkanı qazandım”, – deyə o qeyd edib.
H. Həsilli bu illər ərzində ona etimad göstərən, inkişafı üçün imkan yaradan və peşəkar yoluna töhfə verən ADY rəhbərliyinə təşəkkürünü bildirib.
Məlumata görə, o, bundan sonra fəaliyyətini “Novex Group” MMC-də CEO-nun İcraçı köməkçisi vəzifəsində davam etdirəcək.
Yeni vəzifəsində Humay Həsilli CEO-nun strateji planlaşdırma, biznes əməliyyatları və rəhbərlik səviyyəsində qərarvermə proseslərinə dəstək göstərəcək, struktur bölmələr arasında koordinasiyanı təmin edəcək, əsas biznes prioritetlərini və strateji təşəbbüsləri izləyəcək.
Qeyd edək ki, Humay Həsilli 2023-cü ilin avqustundan 2026-cı ilin noyabrınadək ADY-də çalışıb. O, bu müddətdə sədrin İcra Aparatında mütəxəssis kimi fəaliyyət göstərib.
Foto qalereya
1 / 1