Avropa Komissiyası Ermənistana nüvə təhlükəsizliyini gücləndirmək üçün 5 milyon avro ayıracaq
Avropa Komissiyası Ermənistana nüvə təhlükəsizliyini gücləndirmək məqsədilə 5 milyon avro qrant maliyyəsi ayıracaq. Ermənistan hökuməti oktyabrın 30-da müvafiq sazişin imzalanmasını təsdiqləyib. Gundelik.az xəbər verir ki, qərarda bildirilir ki, “Ermənistanda Nüvə Təhlükəsizliyi və Radiasiyadan Mühafizənin Gücləndirilməsi proqramı çərçivəsində Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında maliyyələşdirmə sazişinin imzalanması təsdiq edilsin”. Vəsait Ermənistan Atom Elektrik Stansiyasında (AMES) stress
