İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Ermənistanda müxalifət meri rüşvət ittihamı ilə həbs edilib

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrünün meri Vardan Qukasyan rüşvət işi ilə bağlı həbs olunub. O, bazar ertəsi saxlanılıb və məhkəmənin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Qukasyanın vəkili Zaruhi Postancyan jurnalistlərə bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Qukasyanla yanaşı meriyanın daha yeddi əməkdaşı da saxlanılıb. Onlar rüşvət tələbi və qəbulunda, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.

Komitə bildirib ki, şəhərin baş memarı və merin əvvəlcədən razılaşması əsasında aparılan əməliyyat nəticəsində cinayət işi açılıb.

Hadisədən sonra Gümrüdə Qukasyana dəstək məqsədilə keçirilən aksiya zamanı 33 nəfər saxlanılıb. Onlar kütləvi iğtişaşlarda və hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda ittiham edilirlər.

Vardan Qukasyan 2025-ci ilin aprelində Gümrü mer seçilib və hazırkı hökumətə müxalif mövqedə dayanır. O, daha əvvəl uzun illər bələdiyyə sədri vəzifəsində çalışıb.

Bir müddət əvvəl Qukasyan baş nazir Nikol Paşinyanın hökumətini “ölkəni Türkiyənin vilayətinə çevirmək istəməkdə” ittiham etmiş və Ermənistanın dövlətçiliyini qorumaq üçün Rusiya və Belarus kimi birliyə qoşulmağın vacibliyini vurğulamışdı.

Paşinyan isə parlamentdə çıxışı zamanı bu cür bəyanatları “Ermənistanın suverenliyinə qarşı çağırış” adlandıraraq, belə siyasətçilərin siyasi və ictimai arenadan uzaqlaşdırılmalı olduğunu bildirmişdi.

Gundelik.az