Argentina futbolunun əfsanəsi Lionel Messi milli komanda karyerasını başa vurub.
Gundelik.az xəbər verir ki, uzun illər “Albiceleste” formasını şərəflə daşıyan 39 yaşlı ulduz üçün Argentina millisində bir dövr rəsmən sona çatıb.
Messinin milli komandadakı son qarşılaşması Beninə qarşı keçirilən yoldaşlıq görüşü olub. Argentina bu matçda 3:0 hesabı ilə qalib gəlib. Görüş Messi üçün sadəcə növbəti oyun deyil, möhtəşəm milli karyerasına vida xarakteri daşıyan xüsusi gecəyə çevrilib.
Argentinanın formasında yüzlərlə oyuna çıxan Messi ölkəsinin tarixində silinməz iz qoyub. O, Argentina ilə dünya çempionluğu, Amerika Kuboku və digər mühüm titullara sahib çıxaraq milli komandanın ən böyük simalarından birinə çevrilib.
Messinin milli komandadan ayrılması Argentina futbolunda böyük bir eranın sonu deməkdir. Bundan sonra “Albiceleste” meydançaya kapitanı və lideri Messi olmadan çıxacaq. Lakin onun Argentina futboluna bəxş etdiyi anlar və qazandığı titullar uzun illər yaddaşlarda qalacaq.
Lionel Messi üçün Argentina forması artıq tarixdir. Əfsanənin milli komandadakı son səhifəsi yazıldı.
Ramal Bəhmənli
Gundelik.az
