Almaniyanın iqtisadi artım proqnozu açıqlanıb
Almaniyada iqtisadi gözləntilər dörd ay sonra ilk dəfə azalaraq avqust ayında kəskin düşüb. ZEW Tədqiqat İnstitutu tərəfindən hazırlanmış investor və analitiklərin növbəti altı ay üçün iqtisadi gözləntilər indeksi iyulda 2022-ci ildən bəri maksimum olan 52,7 bənddən avqustda 34,7 bəndə enib. Bu, son dörd ayda ilk geriləmədir. Gundelik.az-ın “Trading Economics”ə istinadən məlumatına görə, analitiklər göstəricinin orta
