Almaniya müharibəyə hazırlaşır: “Ehtiyat toplayın!”
Almaniya Rusiya təhdidinə qarşı hazırlıqlarını davam etdirir. Rəsmi Berlin mümkün böhran və qarşıdurma zamanı istehsalın və tədarük zəncirinin davamlılığının təmin edilməsinin vacibliyi barədə xəbərdarlıq edib. Gundelik.az-ın məlumatına görə, Bundesverin Əməliyyatlar komandanı, general-leytenant Aleksandr Sollfrank “Reuters” agentliyinə açıqlamasında bildirib ki, ölkənin müdafiəsi yalnız hərbi güclə məhdudlaşmamalıdır. “Əsl çəkindirmənin əsası, çətinliklərin öhdəsindən gəlməyi bacaran dayanıqlı bir cəmiyyətdir”,
