İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Almaniyada Rusiyanın aparıcı KİV-lərinin fəaliyyəti dayandırıldı

Almaniya hökuməti Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin (KİV) ölkədəki nümayəndəliklərini bağlamağa qərar verib.

Bu barədə Gundelik.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, bu addım Almaniyanın təhlükəsizliyinə “birbaşa təhdid” kimi qiymətləndirilən rusiyalı jurnalistlərin fəaliyyəti ilə əlaqələndirilir. Rəsmi Berlin qərarı Moskvadan gizlətmək və Rusiyada çalışan alman jurnalistlərinə qarşı qisas addımlarının qarşısını almaq üçün prosesi tədricən həyata keçirməyi planlaşdırır.

İddialara görə, Rusiya media nümayəndələrinə və onların ailə üzvlərinə təzyiqlər artırılacaq, beləliklə onların Almaniyanı “könüllü” şəkildə tərk etməsinə nail olunacaq.

Bundan sonra isə Almaniya, Rusiyadan gələn müxalif jurnalist və bloqqerlərə dəstək verərək rusdilli auditoriyaya öz mövqeyinə uyğun məlumat çatdırmağı hədəfləyir.

Gundelik.az