Almaniya hökuməti İsrailə silah satışına icazəni dayandırıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Almaniya kansleri Fridrix Merz bildirib ki, İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək planlarına görə, bu bölgədə istifadə oluna biləcək hərbi məhsulların ixracına müvəqqəti icazə verilməyəcək.
O qeyd edib ki, İsrail Nazirlər Kabinetinin Fələstin anklavında daha sərt əməliyyatlar keçirmək qərarı vəziyyəti dəyişdirib.
Avqustun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi hərbi-siyasi kabinetin Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin nəzarətini nəzərdə tutan planı təsdiqlədiyini açıqlayıb.
Plan həmçinin HƏMAS-ın məğlub edilməsi, tam tərksilahı, girovların azad edilməsi, Qəzzanın demilitarizasiyası və HƏMAS və Fələstin Milli Administrasiyası olmadan mülki idarəçiliyin qurulmasını əhatə edir.
Bundan əvvəl İsrail Fələstinlə bağlı siyasətinə görə Londona xəbərdarlıq etmişdi.
Gundelik.az
