İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çin Tayvan probleminin həllində Almaniyanın köməyinə ümid edir

Çin Almaniyanın Tayvan məsələsində mövqeyini yüksək qiymətləndirir və Almaniyanın onun həllinə töhfə verəcəyinə ümid edir.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi Berlində alman həmkarı İohan Vadeful ilə birgə mətbuat konfransında bildirib.

“Çin Almaniya hökumətinin vahid Çin siyasətinə sadiqliyini bir daha təsdiqləməsini yüksək qiymətləndirir və inanır ki, Çin Almaniyanın birləşməsini qeyd-şərtsiz dəstəklədiyi kimi, Almaniya da Çinin tam birləşməyə nail olmaq səylərini dəstəkləyəcək”, – Çin Xarici İşlər Nazirliyi cümə günü nazirin sözlərindən sitat gətirib.

Gundelik.az