Laçın rayonunun Qorçu qəsəbəsində fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi həyata keçiriləcək.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsi çərçivəsində fərdi yaşayış evlərinin inşasına 49 milyon 595 min 510,19 manat vəsait nəzərdə tutulub.
Bununla yanaşı, qəsəbədə qeyri-yaşayış obyektlərinin tikintisinə 7 milyon 750 min 246,92 manat ayrılacaq.
Beləliklə, Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsi üzrə fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinə ümumilikdə 57 milyon 345 min 757,11 manat vəsait yönəldiləcək.
İşlər Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçiriləcək.
