Gundelik.az Ölkə Laçının Qorçu qəsəbəsində fərdi evlər və qeyri-yaşayış obyektləri tikiləcək
Ölkə Xəbərlər

Laçının Qorçu qəsəbəsində fərdi evlər və qeyri-yaşayış obyektləri tikiləcək

Laçın rayonunun Qorçu qəsəbəsində fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi həyata keçiriləcək.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsi çərçivəsində fərdi yaşayış evlərinin inşasına 49 milyon 595 min 510,19 manat vəsait nəzərdə tutulub.

Bununla yanaşı, qəsəbədə qeyri-yaşayış obyektlərinin tikintisinə 7 milyon 750 min 246,92 manat ayrılacaq.

Beləliklə, Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsi üzrə fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinə ümumilikdə 57 milyon 345 min 757,11 manat vəsait yönəldiləcək.

İşlər Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçiriləcək.

Exit mobile version