Oktyabr 7, 2026
Baku

Hadisə

Hadisə Xəbərlər

Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə Xəbərlər

XİN: Qara dənizdə gəminin dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub, biri itkin düşüb

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə

Read More
Hadisə Xəbərlər

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda qətl hadisəsi baş verib. Gundelik.az-ın xəbərinə görə, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib. Məlumata görə, 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq öldürüb. Əməli törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.//APA

Read More
Dünya Hadisə Xəbərlər

Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı iş üzrə Qazaxıstanda 5 nəfər həbs edilib

Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlər zamanı 14 hərbçinin faciəvi şəkildə həlak olması ilə bağlı iş üzrə 5 nəfər saxlanılıb. Respublika Prezidenti Kasım-Jomart Tokayev bütün təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib və məsələni şəxsi nəzarətə götürüb. Gundelik.az xəbər verir ki, bu barədə ölkə liderinin keçirdiyi müşavirənin yekunlarına dair prezidentin mətbuat xidməti məlumat yayıb. “Müvafiq qərarlar çərçivəsində

Read More
Hadisə Xəbərlər

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN GÖRÜNTÜLƏR

Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir. Gundelik.az xəbər verir ki, görüntüdəki ilk qəza oktyabrın 4-ü paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib. Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə

Read More
Dünya Hadisə Xəbərlər

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Gundelik.az “Haber Global”a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 21-yə yüksəlib. Hazırda 7 nəfər itkin düşmüş hesab olunur. Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi

Read More
Hadisə Xəbərlər

Ramil Usubova AĞIR İTKİ – FOTO

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov ailə üzvünü itirib. Gundelik.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Ramil Usubovun kürəkəni Kamran Xankişiyev vəfat edib. Onun qəfil ürək tutması nəticəsində dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər daxili işlər orqanlarında xidmət edib. O, peşəkar fəaliyyəti ilə bu sahədə çalışan əməkdaşlar

Read More
Dünya Hadisə Xəbərlər

Atom elektrik stansiyasına HÜCUM EDİLDİ

Oktyabrın 5-nə keçən gecə hazırda Rusiya qüvvələrinin nəzarətində olan, lakin beynəlxalq səviyyədə Ukraynanın ərazisində yerləşən Zaporojye Atom Elektrik Stansiyasının (AES) 4-cü və 5-ci enerji bloklarının yaxınlığında yerləşən laboratoriya korpusuna və radioaktiv tullantıların emalı binasına zərbə endirilib. Gundelik.az-ın məlumatına görə, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib. Onun sözlərinə görə, hər iki binanın dam örtüyü zədələnib, lakin

Read More
Dünya Hadisə Xəbərlər

Sarqsyanla bağlı yeni cinayət işi başlanıldı

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla bağlı yeni cinayət işi açılıb. Gundelik.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Ermənistanda 20 ildən çox müddət əvvəl dövlətə məxsus əmlakın özgəninkiləşdirilməsi prosesində yol verilmiş ehtimal edilən qanun pozuntuları faktı üzrə cinayət işi başlanıb. Məlumata əsasən, söhbət Araqatsotn vilayətində yerləşən “Van

Read More
Dünya Hadisə Xəbərlər

Rusiya iki sabiq müdafiə nazirini axtarışa verdi

Rusiya İstintaq Komitəsi Ukraynanın keçmiş müdafiə nazirləri Aleksey Reznikov və Mixail Fedorovun Donbasdakı cəza əməliyyatlarında iştirakını müəyyən edib və onlar beynəlxalq axtarışa verilib. Gundelik.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “2021–2023-cü illərdə və 2026-cı ildə onlar tabeliklərində olan şəxslərə əmr və göstərişlər verərək, Donbas ərazisində cəza xarakterli hərbiləşdirilmiş əməliyyatların keçirilməsini təmin ediblər.

Read More