Oktyabr 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycana 900 min manatlıq qripə qarşı peyvənd gətirilir

Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzi “Epidbiomed” şirkəti ilə müqavilə bağlayıb.

Bu barədə Gundelik.az qurumdan məlumat əldə edib.

Belə ki, müqavilədə qripə qarşı peyvəndin satın alınması nəzərdə tutulub.

Bağlanmış müqavilənin maliyyə dəyəri 903 min 290 manat müəyyənləşib.