Oktyabr 8, 2026
Baku
Ölkə Xəbərlər

MİDA Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillərin bazar qiymətlərini araşdırır

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan və Binəqədi yaşayış komplekslərində analoji mənzillərin bazardakı hazırkı orta qiymətlərini araşdırır.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu məqsədlə Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsinin yerləşdiyi 18,81 hektar və Binəqədi Yaşayış Kompleksinin yerləşdiyi 9 hektar ərazilərdə bazar araşdırması aparılacaq.

Araşdırmanın həyata keçirilməsi “MBA LTD” MMC-yə həvalə olunub. Xidmətin dəyəri 1 180 manat təşkil edir.

Araşdırma çərçivəsində sözügedən yaşayış komplekslərindəki mənzillərlə eyni və ya oxşar xüsusiyyətlərə malik mənzillərin hazırkı orta bazar qiymətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.