Oktyabr 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda aqro şirkəti yenidən təşkil olunacaq

“AQRO” Kooperativinin yenidən təşkil olunaraq “Kazımoğlu AQRO” MMC-yə çevrilməsi planlaşdırılır.

Gundelik.az-ın məlumatına görə, bununla əlaqədar olaraq müəssisənin kreditorlarına müraciət edilib. Kreditorlar öz tələblərini iki ay müddətində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, ev 76 ünvanına təqdim edə bilərlər.

Məlumata görə, “AQRO” Kooperativinin nizamnamə kapitalı 100 manatdır.

Müəssisənin qanuni təmsilçisi Kazım Əliyev Oruc oğludur.