Gundelik.az Dünya Hindistanın baş naziri Trampla görüşməyi planlaşdırır
Dünya Siyasət Xəbərlər

Hindistanın baş naziri Trampla görüşməyi planlaşdırır

Hindistanın baş naziri Narendra Modi sentyabrda BMT Baş Assambleyasının iclasında iştirak etmək və ABŞ Prezidenti Donald Trampla ikitərəfli danışıqlar aparmaq üçün ABŞ-yə səfər etməyi planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, ABŞ-yə səfərin rəsmi səbəbinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etməkdir: “Lakin əsas məqsəd ABŞ prezidenti ilə görüşmək, ticarət məsələlərini həll etmək və tariflərlə bağlı ortaq mövqeyə gəlmək olacaq”.

Mənbələrin məlumatına görə, Modinin ABŞ-yə səfəri sentyabrın son həftəsinə planlaşdırılıb.

“Artıq buna hazırlıq gedir – akkreditasiya prosesi və səfərin özünün təşkili avqustda başa çatmalıdır”, – məlumatda vurğulanıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Dehlinin Rusiya neftini almasına görə Hindistan mallarına 50 faiz rüsum tətbiq edib.

Gundelik.az 

Exit mobile version