Hindistanın baş naziri Narendra Modi sentyabrda BMT Baş Assambleyasının iclasında iştirak etmək və ABŞ Prezidenti Donald Trampla ikitərəfli danışıqlar aparmaq üçün ABŞ-yə səfər etməyi planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, ABŞ-yə səfərin rəsmi səbəbinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etməkdir: “Lakin əsas məqsəd ABŞ prezidenti ilə görüşmək, ticarət məsələlərini həll etmək və tariflərlə bağlı ortaq mövqeyə gəlmək olacaq”.
Mənbələrin məlumatına görə, Modinin ABŞ-yə səfəri sentyabrın son həftəsinə planlaşdırılıb.
“Artıq buna hazırlıq gedir – akkreditasiya prosesi və səfərin özünün təşkili avqustda başa çatmalıdır”, – məlumatda vurğulanıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Dehlinin Rusiya neftini almasına görə Hindistan mallarına 50 faiz rüsum tətbiq edib.
Gundelik.az
