Gundelik.az Dünya Hakerlərin ABŞ agentliklərinə kütləvi kiberhücumu – Dövlət hərəkətə keçdi
Dünya Xəbərlər

Hakerlərin ABŞ agentliklərinə kütləvi kiberhücumu – Dövlət hərəkətə keçdi

Hakerlər “Microsoft”un “SharePoint” proqram təminatındakı ciddi boşluqdan istifadə edərək ABŞ dövlət qurumlarına böyük kiberhücum həyata keçiriblər.

Gundelik.az xəbər verir ki, bu barədə  “Washington Post” (WP) Qərb rəsmilərinə və özəl tədqiqatçılara istinadən məlumat yayıb.

“Hakerlər son bir neçə gündə dövlət qurumlarına və şirkətlərə qlobal hücuma keçmək üçün geniş istifadə olunan “Microsoft” server proqram təminatındakı böyük təhlükəsizlik qüsurundan istifadə ediblər”, – nəşr yazır.

Həmçinin bildirilir ki, ABŞ, eləcə də onun Kanada və Avstraliyadan olan tərəfdaşları hakerlik məsələsi ilə bağlı artıq araşdırmalara başlayıblar. Lakin hücum edənlərin dəqiq məqsədləri və kimliyi hələ müəyyən edilməyib.

Bundan əvvəl İranla əlaqəsi olduğu iddia edilən hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən oğurlanmış elektron məktubları dərc etməklə hədələyiblər.

Gundelik.az 

Exit mobile version