Azərbaycanda 3-cü Təhsilin İnkişafı Forumuna sərf ediləcək vəsaitin həcmi məlum olub.
Gundelik.az-ın məlumatına görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Fond forumun keçirilməsi işlərini “Facemark” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq sözügedən MMC səhnə tərtibatını hazırlayacaq, səs və işıq sistemlərini quracaq, tədbirin canlı video çəkilişi və forumun canlı yayımlanması xidmətlərini göstərəcək. Eləcə də MMC aparıcı və jurnalistlərin dəvəti, müxtəlif KİV-lərdə tədbir barədə məlumatların yayımlanması, yemək xərcləri, Sosial media marketinq xidmətləri və sosial mediada reklam və s. xidmətləri icra edəcək.
Bütün bu xidmətlərin müqabilində isə “Facemark”a 107 896 manat ödənilib.
Forumun keçiriləcəyi tarix və məkan hələlik müəyyən olunmasa da, Fond ilə bəhs olunan MMC arasında bağlanmış müqavilənin oktyabrın 15-də başa çatacağı qeyd edilib.
Gundelik.az

