DYP yol hərəkəti iştirakçılarına müraciət etdi
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. İdarədən Gundelik.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Yolda hərəkət zamanı təkcə sürətə, manevrlərə və qaydalara deyil, həm də ətraf mühitə olan münasibətimizə görə məsuliyyət daşıyırıq. Təəssüf ki, bəzi hallarda nəqliyyat vasitələrinin salonundan tullantılar birbaşa yola və ya yol kənarına atılır. Unutmaq olmaz ki, bu
