İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri aparılacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işlərinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, təmir işləri universitetin 1, 2, 3 və 4 saylı tədris binalarında, eləcə də köməkçi otağında həyata keçiriləcək.

Belə ki, universitet artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Sözügedən işlərin icrası “RASH.M.M.TRADE AND SERVICES-2020” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə olunub və müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, şirkətə 159 836 manat ödənilib.

Gundelik.az