İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunda təmir işlərinə 256 min manat ayrıldı

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda təmir işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, təmir işləri institutun 1 – ci korpusunun 2 – ci mərtəbəsində muzeydə və tədris təcrübə laboratoriyasında həyata keçiriləcək.

Belə ki, institut sözügedən işlərin icrasını “Tələt” firmasına həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə  255 673 manat ödənilib.

Gundelik.az