Bakı Dövlət Universitetinin (BDU) tədris binalarının birində əsaslı təmir işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, təmir işləri universitetin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasında həyata keçiriləcək.
Belə ki, artıq BDU bununla bağlı müvafiq işlərə başlayıb.
Hazırda universitet sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda BDU əsaslı təmir işlərinin 25,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
