Gundelik.az Ölkə Neft-Kimya Prosesləri İnstitutunda təmir işlərinə 256 min manat ayrıldı
Ölkə Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunda təmir işlərinə 256 min manat ayrıldı

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda təmir işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, təmir işləri institutun 1 – ci korpusunun 2 – ci mərtəbəsində muzeydə və tədris təcrübə laboratoriyasında həyata keçiriləcək.

Belə ki, institut sözügedən işlərin icrasını “Tələt” firmasına həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə  255 673 manat ödənilib.

Gundelik.az

Exit mobile version