Gundelik.az Ölkə Xocavənddə evlərin təmiri ilə bağlı 1,5 milyon manatlıq LAYİHƏ
Ölkə Xəbərlər

Xocavənddə evlərin təmiri ilə bağlı 1,5 milyon manatlıq LAYİHƏ

Xocavənd rayonunun Xanoba kəndində evlərin təmirinə başlanılır.

Gundelik.az-ın məlumatına görə,  təmir işləri 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kvadrat metr olan 26 ədəd fərdi yaşayış evini əhatə edəcək.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını “Capitel Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1 526 925 manat ödənilib.

Gundelik.az

Exit mobile version