Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binasında əsaslı təmiri işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, fond artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, DSMF hazırda inzibati binasının əsaslı təmir işlərini icrac edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda fond sözügedən işlərin 5,227 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az

