Gundelik.az Ölkə “Turan Tovuz” Kurban Berdiyevlə müqaviləni uzatdı
Ölkə Xəbərlər

“Turan Tovuz” Kurban Berdiyevlə müqaviləni uzatdı

“Turan Tovuz” baş məşqçisi Kurban Berdiyevlə müqavilənin müddətini uzadıb.

Gundelik.az Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssis 2027-ci ilin yayınadək bölgə təmsilçisinə rəhbərlik edəcək.

Müqavilənin yenilənməsində komandanın uğurlu nəticələri və hazırda Misli Premyer Liqasında lider olması həlledici rol oynayıb.

İddiaya görə, klub rəhbərliyi rusiyalı mütəxəssis ən azı 3 illik yeni müqavilə təklif etməyi də planlaşdırır.

Qeyd edək ki, “Turan Tovuz” 2024-cü ilin yayında Kurban Berdiyevlə 2+1 illik sözləşmə imzalamışdı.

Gundelik.az 

Exit mobile version