Gundelik.az Ölkə Ağdamda qeyri-yaşayış binasının təmirinə 200 min manat ayrıldı
Ölkə Xəbərlər

Ağdamda qeyri-yaşayış binasının təmirinə 200 min manat ayrıldı

Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri işlərinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı işləri yekunlaşdırıb.

RİH sözügedən işlərin icrasını “MR Development” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 198 968 manat ödənilib.

İşlərin həvalə olunduğu MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Toğrul Fikrət oğludur.

Gundelik.az 

Exit mobile version