Gundelik.az Dünya Avropa İrana qarşı yeni sanksiyalara hazırlaşır
Dünya Siyasət Xəbərlər

Avropa İrana qarşı yeni sanksiyalara hazırlaşır

Böyük Britaniya, Almaniya və Fransa BMT-yə məktub göndərərək, Tehran nüvə proqramı ilə bağlı danışıqları bərpa etmədiyi təqdirdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Bu barədə Gundelik.az “Financial Times”a istinadən xəbər verir.

BMT baş katibi Antonio Quterreşə ünvanlanan sənədi Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Almaniyanın xarici işlər naziri İohan Vadefül və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi imzalayıb. Məktubda qeyd olunur ki, Aİ3 (Fransa, Almaniya, Böyük Britaniya) İrana qarşı sanksiyaların avqust ayında avtomatik uzadılmaması üçün onların dayandırılması müddətini uzatmağı təklif edib.

Paris, Berlin və London açıq şəkildə bəyan ediblər ki, Tehran avqustun sonuna qədər diplomatik razılığa gəlməsə və ya uzadılma variantından istifadə etməsə, “snapback” mexanizmi işə düşəcək.

Bu mövqe İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmasının ardından səsləndirilib. Daha sonra İran İngiltərə, Almaniya və Fransa ilə iyulun sonunda Türkiyədə keçirilən nüvə danışıqlarını bərpa etməyə razılaşıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl İranın “fintech” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Gundelik.az 

Exit mobile version