Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb- FOTO
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam etdirilir. Bu çərçivədə ilk dəfə olaraq Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində yerləşən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə başlanılıb. Eyni zamanda, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər
