İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Ağdamda yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işləri ilə bağlı 38 milyon manatlıq LAYİHƏ

Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınmasına başlanılır.

Gundelik.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda dövlət xidməti qeyd olunan işlərin 38 052 762 manata başa gələcəyi proqonozlaşdırıb.

Gundelik.az