Ağdam rayonunun Quzanlı qəsəbəsində “Daş evlər” adlanan ərazidə fərdi yaşayış evləri əsaslı təmirinə başlanılır.
Gundelik.az-ın məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub.
RİH sözügedən işlərin icrasını “FEB-222 TİXS” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 170 003 manat ödənilib.
İşlərin həvalə olunduğu “FEB-222 TİXS” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bağırov Fərhad Elmidar oğludur.
Gundelik.az
