Gundelik.az Ölkə Ağdamda bu evlərin əsaslı təmirinə başlanılır
Ölkə Xəbərlər

Ağdamda bu evlərin əsaslı təmirinə başlanılır

Ağdam rayonunun Quzanlı qəsəbəsində “Daş evlər” adlanan ərazidə fərdi yaşayış evləri əsaslı təmirinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub.

RİH sözügedən işlərin icrasını “FEB-222 TİXS” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 170 003 manat ödənilib.

İşlərin həvalə olunduğu “FEB-222 TİXS” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bağırov Fərhad Elmidar oğludur.

Gundelik.az

Exit mobile version