Gundelik.az Ölkə Ağdamda tikinti işləri ilə bağlı 8,8 milyon manatlıq LAYİHƏ
Ölkə Xəbərlər

Ağdamda tikinti işləri ilə bağlı 8,8 milyon manatlıq LAYİHƏ

Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhəldə işlərə başlanılır.

Gundelik.az məlumatına görə, tikinti işləri şəhərin 5-ci yaşayış massivi, məhəllə O-129 üzrə aparılacaq.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Dövlət xidməti sözügedən işlərin icrasını “El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 8 775 244 manat ödənilib.

İşlərin həvalə olunduğu “El-Seym İnşaat” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 152 min manat olan şirkətin qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.

Gundelik.az

Exit mobile version