Avqust 25, 2026
Baku
Dünya Xəbərlər

“Volkswagen” 140 min işçini ixtisar edə bilər

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group”da (VW) planlaşdırılan yenidənqurma 140 minə qədər iş yerinə təsir göstərə bilər.

Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.

Bu gün şirkətin Volfsburqdakı əsas zavodunda işçilərə xərclərin azaldılması planının təqdim edilməsi planlaşdırılır. 

Qeyd edək ki, iyul ayında şirkət avtomobil çeşidini təxminən 50% azaltmağı nəzərdə tutan yeni bir strategiya təqdim edib. Bundan əlavə, avtomobil istehsalçısı dəyişən bazar mühitinə və kəskin şəkildə artan rəqabətə uyğunlaşmaq üçün istehsal gücünü optimallaşdırmaq niyyətindədir.