Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq
“Uzun illərdir əmlak bazarında ciddi qiymət artımları baş verir. Evlərin sənədləşdirilməsi əmlak bazarına çox müsbət təsir göstərəcək”. Bunu “Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, qiymət artımları ona görə baş verir ki, əmlakların böyük hissəsi müxtəlif növ kredit şərtləri ilə satılır: “Alıcılar daha çox nağd pulla deyil, kreditli şərtlərlə əmlak alırlar.
