Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işlərinə başlanılır.
Gundelik.az-ın məlumatına görə, təmir işləri universitetin 1, 2, 3 və 4 saylı tədris binalarında, eləcə də köməkçi otağında həyata keçiriləcək.
Belə ki, universitet artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Sözügedən işlərin icrası “RASH.M.M.TRADE AND SERVICES-2020” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə olunub və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, şirkətə 159 836 manat ödənilib.
Gundelik.az
