İyul 10, 2026
Baku

Xəbərlər

Dünya Siyasət Xəbərlər

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları ilə İran arasındakı razılaşmanın şərtlərinə heç bir formada əməl etmək məcburiyyətində deyil. Çünki İsrail Vaşinqtonun tabeliyində fəaliyyət göstərmir. Gundelik.az xəbər verir ki, nazir bununla bağlı mövqeyini “X” sosial şəbəkəsində paylaşıb. “ABŞ Prezidenti Donald Trampın razılaşması İsraili heç nəyə məcbur etmir. İsrail müstəqil,

Read More
Dünya Siyasət Xəbərlər

Tramp Putinə təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp İrandakı müharibənin nizamlanmasına göstərdiyi yardıma görə Rusiya dövlət başçısı Vladimir Putinə minnətdarlığını bildirib. Gundelik.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb. Nəşrin məlumatına görə, 80 illik yubileyi münasibətilə çıxış edən Tramp Putinlə yanaşı, Çin sədri Si Cinpini də tərifləyib. “O, Çin sədri Si Cinpini və Rusiya Prezidenti

Read More
Dünya Hadisə Xəbərlər

Efiopiyada avtobus qəzasında 28 nəfər ölüb

Efiopiyada baş verən avtobus qəzasında 28 nəfər həyatını itirib. Gundelik.az-ın xarici mediaya istinadən xəbərinə görə, Dessi şəhərindən paytaxt Əddis Əbəbəyə gedən avtobus dərəyə aşıb. Xəsarət alanların olduğu bildirilsə də, dəqiq say açıqlanmayıb.

Read More
Dünya Xəbərlər

META-ya EİDS qaydalarını pozduğuna görə 5 milyon lirə cərimə tətbiq edildi

Türkiyənin Ticarət Nazirliyi, Elektron Elan Doğrulama Sistemi (EİDS) qaydalarına zidd olaraq daşınmaz əmlak və nəqliyyat vasitələri ilə bağlı elanların yayımlanmasına icazə verdiyi üçün Instagram, Facebook və WhatsApp platformalarını idarə edən META Platforms İstanbul Bilişim Hizmetleri Limited Şirkətinə 5 milyon lirə məbləğində inzibati cərimə tətbiq edildiyini açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, internet üzərindən dərc olunan elanlarda

Read More
Dünya Hadisə Xəbərlər

Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu – FOTO

Rusiya ordusunun Ukraynanın bir neçə böyük şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 9 nəfər həlak olub. Gundelik.az AFP-yə istinadən xəbər verir ki, hücumlar zamanı Kiyevdə yerləşən və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavra kompleksində yanğın qeydə alınıb, Üspen (Uspenski) kafedralının damı alovlanıb. Ukraynanın daxili işlər naziri İqor Klimenkonun məlumatına görə, Xarkov şəhərinə endirilən

Read More
İqtisadiyyat Xəbərlər

Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib. Gundelik.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir. Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7 % artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz

Read More
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək. Gundelik.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer “X” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib. Onun sözlərinə görə, qərar sosial şəbəkələrin uşaqların psixi sağlamlığına və rifahına təsiri ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib. O vurğulayıb ki, belə bir qərarın həyata keçirilməsinin

Read More
Dünya Xəbərlər

Hörmüz boğazı yenidən açılır

ABŞ Prezidenti Donald Tramp İranla bağlanan sülh sazişinin tamamlandığını və bununla əlaqədar olaraq Hörmüz boğazı üzərində hərəkətin bərpa ediləcəyini açıqlayıb. Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib: “Hamını təbrik edirəm. Hörmüz boğazının maneəsiz istifadəyə verilməsini və eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi dəniz blokadasının dərhal aradan qaldırılmasını tam şəkildə təsdiqləyirəm.” ABŞ prezidentinin sözlərinə

Read More
Dünya Siyasət Xəbərlər

Netanyahu Trampa İsrailin Livanı tərk etməyəcəyini bildirdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, rəsmi Təl-Əviv qoşunlarını Livandan çıxarmaq niyyətində deyil və Vaşinqtonla Tehran arasındakı müqavilədəki “Livan şərti”nə əməl etməyi özünə borc bilmir. Gundelik.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən “Ynet” portalı məlumat yayıb. Bildirilib ki, Netanyahu İsrail Müdafiə Ordusunun hazırda Livanda yerləşdiyi mövqeləri tərk etməyəcəyini açıq

Read More
Ölkə Xəbərlər

Sabah 32 dərəcə isti olacaq

Azərbaycanda iyunun 16-da havanın 32 dərəcə isti olacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə

Read More