ABŞ Prezidenti Donald Tramp İranla bağlanan sülh sazişinin tamamlandığını və bununla əlaqədar olaraq Hörmüz boğazı üzərində hərəkətin bərpa ediləcəyini açıqlayıb.
Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib:
“Hamını təbrik edirəm. Hörmüz boğazının maneəsiz istifadəyə verilməsini və eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi dəniz blokadasının dərhal aradan qaldırılmasını tam şəkildə təsdiqləyirəm.”
ABŞ prezidentinin sözlərinə görə, saziş cümə günü imzalandıqdan sonra boğazda mina təmizləmə işlərinə başlanacaq. Bu prosesin tamamlanması ilə bölgədə və dünya bazarlarında neft daşımaları hər iki istiqamətdə yenidən bərpa olunacaq.
Hörmüz boğazı dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunur və qlobal neft ticarətinin əhəmiyyətli hissəsi məhz bu keçiddən həyata keçirilir. Buna görə də boğazın yenidən açılması beynəlxalq enerji bazarları üçün mühüm hadisə kimi qiymətləndirilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
